Rusiya Müdafiə Nazirliyinin televiziyasından - Qarabağ təxribatı

30 Yanvar 2016 12:17 (UTC+04:00)

Telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın "Erablur" hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.

Xatırladaq ki, "Zvezda" media qrupuna məxsus "Zvezda" kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.

APA.az