Avtomobildən oğurluq edən şəxsdə narkotik aşkarlandı

30 Yanvar 2016 12:55 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da Bəhruz Əliyevin idarə etdiyi "İsuzu" markalı avtomobildən mobil telefon və planşet oğurlayan Bakı şəhər sakini Ayaz Əliyev tutulub. Ondan 450 qram marixuana da götürülüb.