Zaqatalada maşın aşdı - Sərnişin öldü

30 Yanvar 2016 13:04 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yanvarın 29-da saat 19 radələrində Zaqatala rayonunun Naibbulaq kəndində şəhər sakini Etibar Eminov idarə etdiyi "VAZ-21074" markalı avtomobili aşırıb. Nəticədə E.Eminovun sərnişini - Sumqayıt şəhər sakini Fərhad Xankişiyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.