Bu oyuncaq uşaqlarınızı kor edə bilər - Araşdırma + Video

30 Yanvar 2016 13:33 (UTC+04:00)

AzNews.az araşdırmalara əsasən xəbər verir ki, valideynlərin təhlükəsiz hesab etdiyi bu oyuncaqlar kifayət qədər fəsadlara yol aça bilər.

Sözügedən oyuncaqların indiyə kimi qadağan olunmaması fikri hər kəsi təhlükəsizlik baxımından arxayın etsə də bu işarələyicilərin ucuz oyuncaq olduğu hamıya bəllidir.

Ucuz olmasının səbəbi isə Çində bütün standartların pozulması bahasına hazırlanmasıdır. Bu səbəbdəndir ki, lazer işarələyicilər tez-tez qırılırlar. Odur ki, onlardan oyuncaq kimi istifadə olunması çox təhlükəlidir.



Xüsusilə də lazeri gözə tutmaq qarşısıalınmaz fəsadlar yarada bilər. Misal üçün bildirək ki, lazeri bir neçə saniyə gözünə tutduqda nə olacağını yoxlamaq istəyən 14 yaşlı oğlan görmə qabiliyyətinin 75 faizini itirib.



İlk olaraq heç bir ağrı hiss etməyən uşaq yalnız görməsindən şikayət etdikdən sonra həkimə aparılıb. Həkimlər oğlanda gözün makuyasının (gözün arxa tərəfindəki tor qişa təbəqəsi) zədələnməsini aşkarlayıblar. Bu isə mikrocərrahiyəsiz düzəldilməsi mümkün olmayan zədədir.

Həkimlər bir neçə saniyəlik təcrübənin yeniyetmə oğlanı ömürlük eynəyə məhkum etməsinə səbəb olan lazer işarələyiciləri alarkən valideynləri ehtiyatlı olmağa səsləyir.



Aydan AXUNDOVA