Mühacirləri daşıyan gəmi batdı - 10 ölü

30 Yanvar 2016 15:15 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mühacirləri daşıyan gəmi Yunanıstanın Midilli adasına keçmək istəyərkən qəzaya uğrayıb.

Gəmidəkilərdən 43-nü xilas etmək mümkün olsa da, 5-i azyaşlı olmaqla, 10 nəfər batıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bölgədə Sahil Təhlükəsizlik Qrupları tərəfindən axtarış tədbirlərinə başlanılıb.