57 yaşlı qadın özünü asdı - Lənkəranda

30 Yanvar 2016 16:37 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə raonun Girdəni kəndində qeydə alınıb.

Kənd sakini, 57 yaşlı Yelena Əliyeva yaşadığı evinin kənarında özünü asaraq öldürüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin həkim-ekspertləri tərəfindən müayinə olunub və üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.