Neftin qiymətləri - Həftənin yekunları

30 Yanvar 2016 18:03 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 35,98, minimum isə 32,9 dollar/barel təşkil edib.

25-29 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 29,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 3,97 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 31,03, minimum isə 27,47 dollar/barel olub.

25-29 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 31,7 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 3,89 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 33,11 dollar, minimum isə 29,83 dollar/barel təşkil edib.