Masazırda yanğın - Video

30 Yanvar 2016 19:47 (UTC+04:00)


AzNews.az xəbər verir ki, axşam saatlarında yaşayış evində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

 1 saata qədər davam edən yanğından xoşbəxtçilikdən xəsarət alan olmasa da, ev tamamilə yararsız vəziyyətə düşüb.

Yanğına səbəb evin isidilməsi üçün kustar üsulla quraşdırılan soba olub.

Yanğın yerindən çəkilən videonu təqdim edirik: