Ermənilər Dağlıq Qarabağda hərbi məktəb açırlar
5 Noyabr 2012 18:47 (UTC+04:00)
Ermənilər işğal olunmuş Dağlıq Qarabağda Suvorov və Mədətov adına Hərbi Məktəb açmaq yönündə proqrama start veriblər. AzNews.az Regnum.ru-ya istinadən bildirir ki, işlərin koordinatoru general-mayor Arkadi Ter-Tadevosyandı. Əsas məqsəd gənclərin məktəb yaşlarından hərbi təcrübə toplamasından ibarətdi.
"Biz bu yöndə xarici təcrübədən yararlanırıq. Bu məqsədlə işçi qrupu da yaradılıb. Ermənistanın və Qarabağın qorunması bizim ümumerməni vəzifəmizdi" - deyə Ter-Tadevosyan bildirib.
Ter-Tadevosyan həmçinin erməni diaporasının da bu işə qoşulmasının vacibliyini vurğulayıb.
"Bu iş bizim "Vətənimizin" qorunması uğrunda aparılan kampaniyanın bir hissəsidi. Biz hər an düşmən hüçumuna məruz qala bilərik. Proqramın digər komponentləri məxfi həyata keçiriləcək. Hadisələrin gedişatından asılı olaraq onlar ictimailəşdiriləcək" - deyə erməni general bildirib.
AzNews.az