“Muğanbank“ agent bank seçildi - “Bank of Azerbaijan“ın əmanətçiləri üçün

30 Yanvar 2016 20:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Muğanbank"dan Trend-ə verilən məlumata görə, müvafiq qərar ADIF və "Muğanbank" ASC arasında imzalanmış 22.01.2016-cı il tarixli daxili muqavilə ilə rəsmiləşdirilib. Kompensasiya ödənişləri "Muğanbank"ın Bakı şəhəri üzrə 4 filialında, Abşeron rayonunda yerləşən 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcək.

Qeyd edək ki, 2012-ci ildə "Muğanbank" lisenziyası artıq ləğv olunmuş "Royal Bank" ASC-nin də əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirib və bu sahədə müvafiq təcrübəyə malikdir.