Meyiti tapılan neftçinin kimliyi məlum oldu

30 Yanvar 2016 20:47 (UTC+04:00)

"Azneft" İstehsalat Birliyindən (İB) AzNews.az-a verilən məlumata görə, o, keçən il dekabrın 4-də "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş "SOCAR CAPE"nin işçisi, 1973-cü il təvəllüdlü Sahib Güloğlan oğlu Şahmarovdur.

Həlak olmuş neftçinin şəxsiyyətini Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi ilə Türkmənistana gedən istintaq qrupu və "Azneft" İB-nin işçiləri müəyyənləşdiriblər.