Qadın evində ölü tapıldı

30 Yanvar 2016 21:27 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumata əsasən, 1942-ci il təvəllüdlü Pənahova Gülxanım Həmid qızı bağlı qapı arxasında qalıb. Dərhal nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və G.Pənahovanın meyitini aşkar edib.

Qadının cəsədi aidiyyəti üzrə təhvil verilib.