Ermənistanın dövlət borcu 5 milyard dolları keçib

30 Yanvar 2016 21:36 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bunun 4,3 milyard dolları xarici, 461 milyonu isə daxili dövlət borcudur.

Bildirilir ki, Ermənistanın dövlət borcu ötən ilin sonuna olan məlumata görə, ümumdaxili məhsulun yarısından çoxdur. Ümumdaxili məhsulun həcminin dəqiq məbləği iki aydan sonra müəyyən olacaq. Ona görə də dövlət borcunun ümumdaxili məhsulun 60 faizindən çox olacağı istisna edilmir.