Gürcüstanda “donuz qripi“ndən ölənlərin sayı artır - 7 ölü
31 Yanvar 2016 15:06 (UTC+04:00)
AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinə istinadən "İnterfax" məlumat yayıb.
Mərkəzin məlumatına görə, bu "H1N1" virusundan 7-ci ölüm faktıdır.
Ümumilikdə ölkədə qış mövsümündə vətəndaşlar arasında "donuz qripi"nə 186 yoluxma halı qeydə alınıb.