70-dən çox avtomobil toqquşdu - 4 ölü, 33 yaralı

31 Yanvar 2016 15:18 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

Paytaxt Lyublyana ilə Adriatik dənizin sahilini birləşdirən yolda zəncirvari qəza zamanı 66 minik avtomobili, 4 yük maşını və bir avtobus toqquşub.

Hadisə şənbə günü baş verib, lakin xəsarət alanların təxliyyəsi və yolun əzilmiş avtomobillərdən təmizlənməsi gecə yarısına qədər davam edib.

Polis qəzaya səbəb kimi havanın dumanlı olmasını göstərib.