Neftin qiyməti 55 dollara qalxacaq - Ekspert

31 Yanvar 2016 15:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Yaxın Şərq üzrə analitik, Dubayda Risklərin İdarə olunması İdarəsinin müşaviri Teodor Karasik deyib.

Neftin qiymətinin cari artımının müvəqqəti olduğunu bildirən ekspert qeyd edib ki, neft bazarında vəziyyətin inkişafını heç kim dəqiq bilə bilməz.

Onun sözlərinə görə, neft bazarında indiki vəziyyətin günahkarı ABŞ, Rusiya və İranı zəiflətmək məqsədilə iqtisadi və siyasi böhran yaratmaq istəyən Səudiyyə Ərəbistanıdır.