Səudiyyə Ərəbistanında 9 ABŞ vətəndaşı saxlanıldı - Terror şübhəsi

31 Yanvar 2016 19:45 (UTC+04:00)

Hüquq-mühafizə orqanları 9 Amerika, bir Qazaxıstan vətəndaşını, həmçinin iki suriyalı, bir indoneziyalı və bir filippinlini saxlayıblar. Onların arasında 14 Səudiyyə vətəndaşı, 3 Yəmən sakini, bir BƏƏ vətəndaşı və bir fələstinli də var.

Ötən cümə iki kamikadze namaz zamanı Səudiyyənin Əl-Əxsa əyalətinin Məhasin rayonu ərazisində yerləşən İmam Rıza məscidinə daxil olmağa cəhd göstərib. Təhlükəsizlik orqanları əməkdaşları onları yaxalaya bilib, ardınca kamikadzelərdən biri məscidin girişində özünü partladıb və atışma başlayıb. Asayiş keşikçiləri ikinci canini saxlaya biliblər və onun üzərindən "kamikadze kəməri" çıxıb.

Terror aktı nəticəsində 4 nəfər ölüb və 3-ü hüquq mühafizəçisi olmaqla 36 nəfər yaralanıb.


Report