Cəlal Əliyevin ölüm xəbəri yalan çıxdı - “Sağ-salamatdır”

31 Yanvar 2016 21:43 (UTC+04:00)

AzNews.az-a daxil olan məlumata görə, ailə üzvləri C.Əliyevin vəfatı ilə bağlı yayılan məlumatın dezinformasiya olduğunu bildiriblər: "Cəlal müəllim sağ-salamatdır, yayılan məlumatlar yalandır...".

Qeyd edək ki, bir neçə saat əvvəl haqqın.az saytı C.Əliyevin vəfat etdiyi ilə bağlı məlumat yayıb.