Xalid Əlimirzəyev vəfat etdi

1 Fevral 2016 10:21 (UTC+04:00)

BDU-nun filologiya fakültəsinin dekanı Məhərrəm Vəliyevin verdiyi məlumata görə, X. Əlimirzəyev yanvarın 30-da Bakıda vəfat edib.

Mərhum doğulduğu Qəbələ rayonunda dəfn olunub.

Qeyd edək ki, X. Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 1974-cü ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışıb.

15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəllifidir.

APA.az