Sabiq agentlik direktoru bankda vitse-prezident oldu

1 Fevral 2016 12:14 (UTC+04:00)

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Svetlana Mironyuk "Sberbank"a vitse-prezident təyinatı alıb. O, eyni zamanda bankın marketinq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, Svetlana Mironyuk 2003-cü ildən 2014-cü ilə kimi "RİA Novosti" agentliyinə rəhbərlik edib.

Aydan Axundova