Sürücülərin nəzərinə - Bu yol 15 gün bağlı olacaq

1 Fevral 2016 12:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə fevralın 2-i səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən başlayaraq Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu yolda avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyətlərin fevralın ortasınadək davam edəcəyi gözlənilir.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.