Direktorun otağından noutbuk oğurlayan şəxs tutuldu

1 Fevral 2016 12:50 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də Dəmirçilər kənd tam orta məktəbin direktorunun otağından noutbuk və 2 saylı qadın məsləhətxanasının inzibati binasından təmir-tikinti alətləri oğurlayan Sumqayıt şəhər sakini Elçin Vahabov tutulub.