Türkiyədən Rusiyanın sanksiyalarına cavab - Yük maşınları ölkəyə buraxılmır

1 Fevral 2016 13:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası məlumat yayıb. Bildirilir ki, buna səbəb Türkiyədən verilən müvafiq icrazənin fəaliyyət müddətinin başa çatmasıdır. "2016-cı il yanvarın 31-də Türkiyə tərəfindən 2015-ci il üçün verilən icazənin fəaliyyət müddəti başa çatıb. Bununla bağlı xatırladırıq ki, Rusiya nəqliyyatı ilə Türkiyə ərazisindən daşınmalar mümkün deyil. Hələki Türkiyə tərəfilə 2016-cı il üçün kontingent razılaşdırılmayıb", - deyə məlumatda qeyd olunub.

Hazırda Rusiya Nəqliyyat Nazirliyi icazə ilə bağlı məsələnin həlli üçün tədbirlər görür. Nazirlik qarşılıqlı razılaşma üçün Türkiyə tərəfinə təkrar təkliflər göndərib.

Aydan AXUNDOVA