Maşın piyadanı vurdu - Naxçıvanda

1 Fevral 2016 14:19 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 31-də saat 10 radələrində Şahbuz rayonunun Daylaqlı kəndində rayon sakini Sahib Allahverdiyev idarə etdiyi "Cherry" markalı avtomobillə yolu keçən həmyerlisi Arif Əsədovu vurub.

A.Əsədov hadisə yerində ölüb.

Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.