İçərisində 10 min dollar olan seyf oğurlandı

1 Fevral 2016 15:10 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Rabil Məmmədovun evindən içərisində 10000 manat və 10000 ABŞ dolları, habelə qızıl əşya olan seyfi oğurlayan həmyerliləri Samir Məhərrəmov tutulub, daha 2 nəfər isə müəyyən edilib.