Məktəbdə yanğın
1 Fevral 2016 15:44 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qəbələ şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 4080 kv.m olan ikimərtəbəli 3 saylı orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 18 kv.m olan sinif otağının döşəməsi 2 kv.m sahədə yanıb. Sinif otağının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.