Azərbaycanlı jurnalist Türkiyə radiosunda veriliş aparacaq

1 Fevral 2016 17:11 (UTC+04:00)


AzNews.az xəbər verir ki, jurnalist "Yeşil Karadeniz" radiosunda "Azərbaycan saatı" proqramını aparmaq üçün dəvət alıb. Proqram Azərbaycan mədəniyyətinin Türk dünyasında daha yaxından tanıdılması üçün fəaliyyət göstərir.

K.Haqverdiyev məlumatı AzNews.az-a təsdiqləyib. Bildirib ki, fevral ayı radioda "Xocalı ayı" elan olunub. Məhz bu səbəbdən sözügedən verilişə dəvət alıb və ay ərzində radio vasitəsilə Xocalı həqiqətləri dünyaya çatdırılacaq.

Qeyd edək ki, K.Haqverdiyev "Qar qan rəngiydi o gecə", "Cənnətdən sürgün" kitablarının müəllifi və eyni zamanda "hocalihaber.com" xəbər saytının rəhbəridir.



AzNews.az