Gürcüstana səfər edənlər arasında birinci yerdə - Azərbaycanlılardır

1 Fevral 2016 18:20 (UTC+04:00)


Novosti Qruziya" xəbər verir ki, bu barədə Gürcüstan DİN-in məlumatında deyilir.

Gürcüstana səfər edənlərin ümumi sayı 323,1 min nəfər olub ki, bu da keçəni lin analoji dövrü ilə müqayisədə 4,4% çoxdur.

Gürcüstana səfər edənlər arasında liderlər qonşu ölkələrdir. Birinci yerdə Azərbaycandır, 2016-cı ilin yanvar ayında Gürcüstana 107,8 min Azərbaycan vətəndaşı səfər edib (16% artım).

İkinci yerdə Türkiyədir – bu ölkədən Gürcüstana 80 minə yaxın turist gəlib, bu isə keçən ilin analoji dövrü üçün olan göstəricidən 5,6% azdır.

Üçüncü mövqedə Ermənistan vətəndaşlarıdır – bu ölkədən gələn turistlərin sayı 58,9 min nəfərdir, bu isə 2015-ci ilin yanvar ayı üçün olan göstəricidən 5,6% azdır.

Rusiyadan 2016-cı ilin yanvar ayında Gürcüstana 44,2 min nəfər səfər edib (10,2% artım).

Oxu.az