Bakıda vəzifəli şəxsin avtomobilinin nömrəsi oğurlandı

1 Fevral 2016 18:54 (UTC+04:00)


Hadisə Səbail rayonu Aydın Məmmədov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 1980-ci il təvəllüdlü Ağayev Qorxmaz Siracəddin oğlu polisə müraciət edərək bildirib ki, gecə saatlarında küçədə saxladığı "Mercedes 450" markalı avtomobilinin arxa nömrə nişanları oğurlanıb.

Qeyd edək ki, Q.Ağayev "Azmont İnvestments"MMC-nin qanuni təmsilçisi və "Caspian Development Bank"ın Müşahidə Şurasının üzvüdür.

Lent.az