Kafedə söyüşə görə baltalanma

1 Fevral 2016 19:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Hacıqabul Rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, rayonun Nəvahi qəsəbəsindəki "Çinar" kafesində qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Şahin Habil oğlu Əsgərov tanışı ilə yemək yeyərkən həmin kafedə aşpaz işləyən İsmayıllı şəhər A. Mədətov 16 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Rövşən Zeynəddin oğlu Nurməmmədovla arasında mübahisə yaranıb.

Daha sonra mübahisə qızışıb və adı çəkilən şəxslər bir-birinə söyməyə başlayıblar. Daha sonra ağır söyüşə dözə bilməyən Şahin Əsgərov aşpazın baş nahiyəsinə balta ilə zərbə endirib.

Ağır bədən xəsarətləri alan R.Nurməmmədov xəstəxanaya yerləşdirilib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Nurməmmədova xəsarət yetirən Ş.Əsgərov tutulub.

Hazırda faktla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin 221. 3-cü ( Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.