ABŞ Gürcüstan-Ermənistan sərhədinə - 10 milyon ayırdı
1 Fevral 2016 20:11 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, müvafiq saziş Tiflisdə Gürcüstan Sərhəd Polisi ilə ABŞ-ın hərbi təhdidlərin azaldılması Agentliyi arasında imzalanıb.
Anlaşma əlavə müşahidə məntəqələrinin yaradılması, gecə saatlarında müşahidə aparan videokameraların quraşdırılması və digər texniki təchizat işlərinin görülməsini nəzərdə tutur. İlk növbədə "Qasımlı" və "Keda" sərhəd sektorlarının gücləndirilməsi planlaşdırılır.