Xalası oğlunun evindən 20 min dollar oğurladı - FOTO

1 Fevral 2016 21:52 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Aşağı Avşar kənd sakini Rabil Məmişov şikayət ərizəsi ilə polisə müraciət edərək evindən içərisində 10 min dollar və 10 min manat, eyni zamanda bir ədəd qızıl boyunbağı olan dəmir seyfin oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti törədən şəxs 25 yaşlı Məhərrəmov Samir Ramiz oğludur. O, polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Gənc oğlan ilkin ifadəsində bildirib ki, o, evə giriş qapısını açarla açmaq yolu ilə girib, daha sonra yataq otağında yerləşən paltar dolabının gözlüyündəki dəmir seyfi oğurlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 –cü maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, şübhəli şəxs zərərçəkənin doğma xalası oğlu olmaqla yanaşı, həm də yaxın qonşusudur.