Merkeldən çağırış - “Rusiyaya qarşı sanksiyalar qalmalıdır“

1 Fevral 2016 23:27 (UTC+04:00)

Merkel fevralın 1-də bəyan edib ki, Rusiya Ukraynanın şərqində atəşkəslə bağlı Minsk razılaşmasını tam yerinə yetirməyincə sanksiyalar qalmalıdır.

Merkel belə bir bəyanatla Ukrayna prezidenti Petro Poroshenko ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Poroshenko da Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.

Merkel bildirib ki, o Poroshenko ilə 2016-cı ildə Ukraynaya yeni maliyyə yardımının genişləndirilməsini də müzakirə edib.

Qeyd edək ki, Minsk razılaşması 2014-cü ilin sentyabrında Belarusun paytaxtında imzalanıb.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb


"Azadlıq" radiosu