“AŞPA Azərbaycana qarşı ikili mövqedə olduğunu nümayiş etdirdi”- Əli Həsənov

1 Fevral 2016 23:56 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən geniş Kollegiya iclasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu addımı ilə özünün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxdığını açıq-aydın nümayiş etdirdi: "Təbii ki, burada ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi özünü göstərdi. Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk Qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib".