Bakıda ev yandı

2 Fevral 2016 09:07 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 1 otaqlı evin 80 kv.m dam örtüyü və ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.