Türkiyədə çayxanaya basqın – 2 ölü, 5 yaralı

2 Fevral 2016 10:21 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzləri maskalı olan 2 şəxs çayxanaya atəş açıb. Hücum zamanı 2 nəfər vəfat edib, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar.

Hadisə baş verən əraziyə çox sayda polis cəlb olunub. Aparılan araşdırmalar zamanı 2 nəfər şübhəli şəxs qismində saxlanılıb. Ərazidə əməliyyat davam etdirilir.

Aydan Axundova