Ev əşyaları ilə birlikdə yandı

2 Fevral 2016 10:47 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 126 kv.m olan üçmərtəbəli 5 otaqlı evin mətbəxində soyuducu və şkaf 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.