Azərbaycana gələn ermənilər həbs olundu

2 Fevral 2016 11:39 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Yeqişe Gevorkyan 5 il, arvadı Ruzanna Gevorkyan isə 3 il müddətinə həbs cəzasına məhkum olunublar. Onların hər ikisi 1 il sınaq müddətilə şərti azadlığa buraxılıblar.

Xatırladaq ki, 52 yaşlı Yeqişe Gevorkyan arvadı Ruzanna və 3 uşağı ilə birlikdə 2010-cu il yanvarın 10-da Ermənistan-Azərbaycan sərhədini keçərək Naxçıvan Muxtar Respublikasının ərazisinə gəliblər. Ailə 2014-cü il dekabrın 12-də Ermənistana geri qaytarılıb.

Aydan AXUNDOVA