Britaniyalı nazirdən Putin haqda maraqlı şərh: “O, keçilməzdir”

2 Fevral 2016 12:04 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbərə verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Filip Xammond bildirib.

"Putini əvvəl müdafiə naziri, indi isə xarici işlər naziri kimi izləyərkən başa düşdüm ki, nə qədər uzun müddət izləməyimizdən asılı olmayaraq, heç nə görə bilməyəcəyik – o tamamilə keçilməzdir. Rəsmi Kremlin strategiyasının necə olduğu barədə heç bir anlayışımız yoxdur, bilmirik", -deyə Xammond qeyd edib.

Xammond həmçinin bildirib ki, rəsmi Kremlin Əsədə yardım vermək məsələsində mövqeyinin dəyişib-dəyişmədiyini müəyyən etmək çətindir. Çünki Putini "oxumaq" mümkün deyil.

Aydan AXUNDOVA