Tovuzda avtomobil aşdı - Sürücü öldü

2 Fevral 2016 12:18 (UTC+04:00)

Hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb. Çeşməli kənd sakini, 1963-cü il təvəllüdlü İsmayıl Məhərrəmov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın çökəkliyə aşıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

APA.az