Ağcabədidə 52 yaşlı qadın özünü yandırdı

2 Fevral 2016 12:43 (UTC+04:00)

Hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb. Şəhər sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı özünü yandırıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi məlum olub.

Qadının vəziyyətinin ağır olduğu, müalicə üçün Bakıya göndərildiyi bildirilir.

APA.az