Maşın piyadanı vurdu - Bakıda

2 Fevral 2016 12:57 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 2-də saat 01 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Əyyam Şəkərəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.