Məhkəmə zalında qarışıqlıq yarandı

2 Fevral 2016 13:31 (UTC+04:00)

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin valideynləri hakim vəsatəti təmin etmədiyi üçün və həkimlərin işə cəlb olunması tələbi ilə məhkəmə zalında qarışıqlıq yaradıblar.

Trend-in məlumatına görə, hakimlər zalı tərk ediblər. Bundan sonra qarışıqlıq yaradan şəxsləri zaldan çıxarmaq üçün məhkəmə nəzarətçiləri zala daxil olublar. Narazı şəxslər zaldan çıxarılıb.

Hazırda məhkəmənin həyətində təqsirləndirilən şəxslərin valideynləri ilə məhkəmə işçiləri arasında qarşıdurma müşahidə olunur.

Trend.az