Elza Seyidcahan: “Nankor anakondalara tanrı özü cavab verir”

2 Fevral 2016 13:50 (UTC+04:00)

O, AzNews.az-a açıqlamasında bildirib ki, yıxılana balta vurmazlar: "Mən tək Allahın böyüklüyünə, varlığına inanmışam. Ona görə də mənim kimi zərif sülh quşuna hücum etmək istəyən nankor anakondalara tanrı özü layiqli cavabını verir. İnanın Allahın məhkəməsindən böyük, ədalətli, hökmlü ünvan yoxdur".

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında saxlanılan M.Hüseynova mətbuata ünvanladığı məktubda əməkdar artist Elza Seyidvcahanın adını hallandırıb.

"Pulunun tükənəcəyini görən İlhamə Quliyeva bu dəfə Elza Seyidcahana üz tutdu və onu şantaj edərək pul qazanmaq qərarına gəldi. F.Ələkbərli İlhaməyə zəng edərək Elza xanım haqda məlumat verdi, bundan sonra İlhamə efirə yalandan öz fərziyyələri haqda həqiqət olmayan müsahibələr verdi və Elzanı məhkəməyə verib 1 milyon manat təzminat alacağını dedi. Bundan sonra ona havadarlıq edən şəxslərə zəng edib tapşırdı. Ondan ən azı 100 minə yaxın pul alacağını söylədi. İlhamə "Kimin canını almaq istəyirsənsə onun pulunu al, Elza Seyidcahanı elə edəcəyəm ki, Dostəliyeva yalan olacaq. Yaxşı ki, uşaq evinə üzv oldum, onları bəhanə edib o pulları alacam", - deyə bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az