Beynəlxalq məhkəmə Türkiyəyə görə İranı cərimələdi - 1 milyard dollar

2 Fevral 2016 21:06 (UTC+04:00)

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, İranın neft nazirinin müavini Həmid Rza Araki faktı təsdiqləyib. Arakinin sözlərinə görə Türkiyəyə ödəniləcək kompensasiyanın məbləği dəqiq göstərilməsə də, onun 1 milyard dollara yaxın olacağı gözlənilir.

Tərəflər arasında qazın qiyməti ilə bağlı danışıqlar nəticə vermədikdən sonra 2012-ci ildə Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi. Ankara Tehrandan 25%-lik qaz endirimi tələb edir.

İran Rusiyadan sonra Türkiyəyə qaz tədarük edən ikinci ölkədir.