Özbəkistanlı müğənni “əxlaqsız” videolarına görə ölkədən qaçdı

2 Fevral 2016 23:51 (UTC+04:00)


Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bundan əvvəl müğənni öz İnstaqram hesabını bağlayıb.

"Özbəknavo" estrada birliyi fevralın 2-də müğənnin sosial şəbəkələrdə açıq-saçıq videolarının yayılması ilə əlaqədar onun lisenziyasını geri alıb.

"Müğənni Esmeralda Raxmatova tərəfindən lisenziya razılaşmasının şərtlərinin pozulmasına görə onun lisenziyanın fəaiyyəti dayandırılır", - məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 31-də sosial şəbəkələrdə Tamilanın açıq-saçıq görüntüləri yayılıb.

Videonun birində üzü göstərilməyən kişi ondan estrada karyerasına başlamazadan əvvəl nə ilə məşğul olduğunu soruşur. Müğənni isə cavabında şalvarını çıxarır. İkinci videoda Tamila küçədə lüt gəzir.