Nazirlik: “Gizlətmirik, “donuz qripi” olsa, hesabat verəcəyik”

3 Fevral 2016 10:22 (UTC+04:00)

Bu sözləri Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib. O qeyd edib ki, onlar hamısı "donuz qripi"nə. görə də müayinə olunublar və nəticələri mənfidir.

"Bu rəqəmlərə bütün respublikanın ərazisi, o cümlədən Bakı şəhəri və sərhəd keçid məntəqələrindən göndərilən nümunələr daxildir. Qabaqlıyıcı tədbirlər Respublikada aparılır. Məlumdur ki, Səhiyyə Nazirliyinin bununla bağlı iki əmri olub: "donuz qripi"nə qarşı profilaktik tədbirlərin görülməsi, eləcədə əlavə tədbirlər haqqında.

Mütəmadi olaraq hər günün sonunda məktəblər, bağçalar dezinfeksiya edilir, uşaqlar filtrdən keçirilir, xəstə uşaqlar sağlam uşaqların içərəsinə buraxılır. "Donuz qripi" hava-damcı infeksiyası olduğu üçün xəstə uşaqlardan sağlam uşaqlara tez keçir. Hər günün başlanğıcında uşaqlar yoxlanılır, sonra otağa buraxılır. Hərarətli, ösükürən uşaqlar evə müalicəyə göndərilir".


R.İsmayılova Azərbaycanda qonşu ölkələrlə müqayisədə "donuz qripi"nə yoluxmaların olmamasına belə aydınlıq gətirib. "Bizdə qabaqlayıcı tədbirlər daha tez başladı. Qonşu ölkələrdə "donuz qripi" aşkarlanan kimi biz qabaqlayıcı tədbirlərə başladıq. Müşahidələr aparıldı, ordan gələn maşınların dezinfeskiyası edilməyə başlandı. Hər halda o xəstəlik olsa biz onu nə üçün hesabata verməyək.

Bu mövsümü qripdən də yüngül keçən virusdur. Bu qripin yoluxması sürətlidir, yəni insnalar bu xəstliyə tez yoluxurlar. Daha da tez sağala bilirlər. İnsanlar həkimə tez müraciət etsə, ağırlaşmalar baş verməsə, özlərini qorusalar, yataq rejiminə riayyət etsələr sağalırlar.

Burada ölüm faizi çox aşağıdır. Əgər belə bir hal olsa onu hesabata verəcəyik. Amma biz istəyirik ki, belə faktlar olmasın, ona görə qabaqlayıcı tədbirlər görürük".

Həkim-professor bildirib ki, statistik rəqəmlər ölkəmizdə "donuz qripi"nə yoluxanların olmadığını bildirsə də, bu bir qədər məntiqə sığmır. O qeyd edib ki, çox ağır qrip əlamələtləri, yüksək temperaturla ağır şəraitdə müalicə olunan və dünyasını dəyişən insanlar var. Ola bilsin ki, bunların içərəsində "donuz qripi" olub. "Bizdə bu qrip yoxdur və olmayacaq" kimi bəyanat vermək yox, məsələyə daha ciddi yanaşmaq lazımdır. Hesab edirəm ki, "donuz qripi" aşkarlansa belə, onun gizlədilməsi mümkündür.

Çünki Azərbaycan miqrasiya durumundadır. 3 milyon azərbaycanlı ölkə xaricindədir. Gediş-gəliş nəticəsində ölkəyə daxil olan yoluxmuş şəxslər özləri ilə virusu gətirə bilərlər. "Bizdə "donuz qripi" yoxdur" demək məntiqə sıxmır".

Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında "donuz qripi" xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.

Modern.az