Piyada qayda pozdu, sürücü cərimələndi - Foto

3 Fevral 2016 10:46 (UTC+04:00)

Bakıdakı sürücülərdən birinin ünvanına qəribə MMX protokolu göndərilib. Protokolda 50 manat cərimənin qərarı çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsini (Piyada keçidində piyadaya yol verilməməsi) pozmaqda təqsirləndirilir. Dekabrın 28-də, gecə saat 01:00-da Ağa Nemətulla ilə H.Məmmədov küçələrinin kəsişməsində (Nərimanov RPİ-dən çıxan yer) piyada keçidindəki piyadaya yol vermədiyi iddia edilir.

Əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, "Hyundai Santafe" markalı minik maşını hərəkət edən istiqamətdə piyada keçidində piyada yoxdur. Əksinə, piyada zolağa çatmamış yolu keçməklə qaydanı pozur.

Avtosfer.az