Azərbaycanlı müğənninin qardaşı özünü qız etdi? - Yenilənib

3 Fevral 2016 13:01 (UTC+04:00)
Bir vaxtlar hətta özünə toy edən tanınmış stilist Balaş obrazını dəyişdirərək "qız" olub.

Bu barədə oxucu bildirib. O, stilistin yeni obrazında olan fotolarını da göndərib.

Bildirək ki, sözügedən sitilist tanınmış müğənni Xatun Əliyevanın qardaşıdır. Balaş 2011-ci ildə Gülnar adlı xanımla da ailə həyatı qurmuşdu.

Hatta müğənni Xatun toy günü bacısı Aliviya ilə eyni paltar geyinmişdilər. Buna səbəb isə onların qardaşlarının toyunda eyni paltar geyməyi əhd etmələri olub.

Milli.az

12:15
***

Müğənni Xatun Əliyevanın stilist qardaşı Balaş cinsini dəyişdirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Balaş fotoların ona aid olmadığını deyərək, ittihamları gülünc adlandırıb:

"Bu xəbəri yayanların əlində faktlar var? Sadəcə, gülməlidir. Kiminsə fotosunu götürüb, mənimki kimi təqdim ediblər. İnanmayan gəlib mənim fotolarımı çəkib yaya bilər. Kimsə qəsdən belə bir şey etdirib. Məncə Xatuna görə edilib".

Axsam.az