Neft ilin sonuna kimi bahalaşacaq - 50 faiz

3 Fevral 2016 12:45 (UTC+04:00)

"Bloomberg" agentliyinin sorğusunda iştirak edən 17 analitikin fikrincə "Layt" markalı neftin qiyməti bu ilin dördüncü rübündə 46 dollar/barrelədək arta bilər. "Brent" markalı neftin bir barreli isə həmin dövrdə 48 dollara satılacaq.

Qeyd edək ki, hazırda Londonun İCE birjasında "Brent"in bir barreli 32,76 dollara, "Layt" isə Nyu-Yorkun NYMEX birjasında 30,01 dollara satılır.

Azərtac